TANAP-ın açılışına hazırlıq - VİDEO

TANAP-ın açılışına hazırlıq - VİDEO
Real TV-nin xüsusi müxbiri Əskişəhərdən məlumat verir

TANAP-dan ilk qaz Əskişəhərin Seyitqazi rayonunda yerləşən 980 min kvadrat metrlik sahəni əhatə edən məntəqədə qəbul ediləcək.

Hazırda 2 min-dən çox insanın işlədiyi bu ərazidə iyunun 12-də, Bakı vaxtı ilə saat 18.00-da TANAP-ın açılışı olacaq.

Layihənin ilkin mərhələsindən Cənubi Qafqaz boru kəməri ilə Xəzər dənizindən hasil olunan 16 milyard kub metr qaz Gürcüstan Türkiyə sərhədində TANAP-a ötürüləcək.

Həmin qazın 6 milyard kubmetri Türkiyənin istifadəsinə veriləcək, qalan 10 milyard kub metr qaz isə TAP boru kəmərinə ötürülərək Avropaya nəql ediləcək. TANAP-la ilk qazın nəqlinə iyunun 30-da başlanacaq.

“Botaş” şirkətinin qəbul etdiyi qaz əvvəl filtirlərdən keçiriləcək. Yüksək təzyiqlə boru kəmərindən mavi yanacaq qaz ölçmə stansiyasına vurulur.

Stansiyada qazın ilk növbədə miqdarı və keyfiyyəti yoxlanılır. Ölçmə Stansiyasından biri Əskişəhərdə, digər üçü isə TANAP-ın 1850 kilomet boyu uzandığı digər bölgələrdə, Gürcüstan-Türkiyə sərhəddində, Çanaqqalada və Türkiyə-Yunanıstan sərhəddində yerləşir.

Əskişəhər məntəqəsində fövqəladə hal zamanı baş verə biləcək yanğının qarşısını almaq üçün iki böyük su ehtiyat deposu da inşa edilib.

Açılışla bağlı isə ərazidə son tamamlama işləri aparılır. Azərbaycan qazını Avropaya ötürəcək digər kompressorların isə inşası davam edir.

İlkin mərhələdə TANAP-la Azərbaycan qazı ötürüləcək. Lakin gələcəkdə digər ölkələrin də mavi yanacağın bu kəmər vasitəsilə nəql edilməsi nəzərdə tutulur.

Ümumilikdə TANAP-ın maliyyə tutumu 8 milyard dollar civarında qiymətləndirilir.

Səbinə Ağayeva
Türkiyə/Əskişəhər

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə