Mir Şahinin vaxtı (VİDEO, 10.06.2018)

Mir Şahinin vaxtı (VİDEO, 10.06.2018)

Real təhlil və informasiya mərkəzində Mir Şahin vaxtı başlayır. Salam. Zaman tez keçir, başımız ad günlərinə, anım günlərinə, gündəlik qayğılara, cari proseslərə o qədər qarışır ki,  ən böyük dəyişiklikləri hiss etmirik. Ən böyük dəyişikliklərə isə heç şübhəsiz Dövlət məruz qalır. Onun mahiyyəti dəyişir, gücü, beynəlxalq əhəmiyyəti dəyişir. Azərbaycan  yaxın keçmişin sovet bostanı məzmununu artıq Avropanın Təhlükəsizliyinin təminatçısına dəyişib, Başqalaşıb.  Əlbəttə hər bir dövlət çalışır ki, dayanmadan güclənsin, böyüsün.  Bəzi dövlətlər bunu təcavüzlər, anneksiyalar, ilhaq və işğallar yolu ilə edir. Güclü olduğunu nümayiş etdirir və sonra da yaratdığı vəziyyəti haqq adına, haqlılıq adına rəsmiləşdirir.

Yəni özünü haqlı kimi tanıtmağa məcbur edir. Azərbaycan da çalışır ki, güclənsin, inkişaf etsin, artsın, böyüsün. Hətta ərazilərini genişləndirsin. Hə, düz eşitdiniz: AZƏRBAYCAN DA ƏRAZİLƏRİNİ GENİŞLƏNDİRMƏYƏ ÇALIŞIR. Özü də bu istəyini heç də işğal altında olan əraziləri azad etməklə, ya da yalnız bu yolla  həyata keçirmir. Azərbaycan dövlət olaraq öz ərazilərini başqa dövlətlərin yaxından iştirakı, onların xahişi, tələbi əsasında elə onların öz hesabına artırır. Buyurun, 1994-cü il sentyabr ayının 20-də startı verilən Böyük İqtisadi Azərbaycan layihəsi artıq öz nəhəng nəticələri ilə ortadadır.  Baki-Tiflis Ceyhan, Bakı-Tiflis-Qars. Qəzvin-Rəşt-Astara, Ələt Azad iqtisadi zonası..., TANAP, TAP... Bunlar yalnız söz və ya səs birləşmələri deyil, həm də əməl birləşmələri, iş birlikləridir. Və bu birliklərin hər birində Azərbaycan ya əsas söz yiyəsidir, ya da əsas səs sahiblərindən biri. Azərbaycan bu yolla böyüyür, artır, yeni-yeni ərazilərə sahib olur, keçdiyi hər bir ölkədə inkişaf,  dirçəliş, çiçəklənməyə vasitəçi olur. Bu artıq 1993-cü ilə qədərki, məhəlli, yırtıq, kirli-paslı bir ərazi-əhali topası deyil, dilənçi kimi ona –buna əl açan, vətəndaşının qarnını yarıac-yarıtox saxlayan yedək respublikacığaz deyil. Başı tutulanda ayağı, ayağı tutulanda başı qaçan, ildə bir başçı dəyişməkdən başını itirmiş Azərbaycanın nə vaxtsa Avropanın aparıcı dövlətlərindən biri olacağını ən nikbinlər belə təsəvvür edə bilməzdilər. Bizim başımız carı proseslərə, gündəlik qayğılara qarışdığından, yaşadığımız sabit və Tramp demişkən, firavan Azərbaycana, vətəndaş rifahılna, dincliyə yəqin ki artıq adət etdiyimizdən  içimizdə oturan komfortun səbəblərinin tarixinə varmırıq, düşünürük ki, alma elə anamızın zənbilində olur.  Azərbaycanın dağılan, məhvə doğru sürətlə itələnən günlərinini şahidi kimi də danışa bilərəm. Və yəqin ki bunu da edəcəm. Amma indi istəyirəm qarışan başımızı carilikdən, beynimizi düşük-müşük dedi-qodulardan bir az açaq, Azərbaycanın bətndən kənar hamiləlikdən qurtulmaq üçün etməyə nəcbur olduğu uğursuz abort nümunələrinin ölkədən kənarda yaratdığı ağrı və üfunətdən bir qədər uzaqlaşaq.  Dövlətin nə qədər dəyişdiyinin fərqində olaq. Bu o Azərbaycandı e, əzizlərim! Qaçqın şəhərciklərində quru lavaş növbəsinə duran, uzaq uzaq ölkələrdən göndərilən artıq-urtuqlarla vətəndaş böyüdən, ac-yalavac, tabutu beşikdən daha çox sifariş etməyə məcbur qalan, ac canavarlar qarşısında  aciz Azərbaycan! Olmaz unutmaq!  Həyat-siyasi saatları 1992-ci ildə yatıb qalmış nimdaş boğazların köhnə bayatılarından, məhsul stadionunda idman şüarlarının məzmununu dəyişməkdən ibarət deyil. Kimsə onlara başa salsın ki, Cəmiləli məhəlləsininin sakinləri! Ay əziz-ucuz həmdillər! Bir az da vətəndaşlınızı xatırlayın. Müxalifəti bir sinifə çevirib, özünüz də sinifdə qalmısınız. Dəyişin, həyətdə artıq 2018-ci ildir. Ola bilsin ki, aranızda kiminsə pasportu yoxdur və o vaxtın necə keçdiyini, ya da keçmədiyini hiss etmir, amma axı bu cəmi bir nəfərdir. İlk dəfə dediyiniz İstefa, Azadlıq şüarlarının artıq 25-28 yaşı var. Azərbaycan başqadır artıq. Müxalifət və iqtidarın bir ciddi fərqi var. Müxalifət xalqı keçmişə, iqtidar isə gələcəyə çağırır. Gələcək isə geniş miqyaslı düşüncələrdən, Azərbaycanın Azərbaycandan artıq olmasından keçir. Azərbaycanın inzibati ərazi vahidləri qeyri-rəsmi şəkildə çoxalır. Bizim indi Bakıdan da böyük coğrafi vahidimiz var. Məsələn. Cənub Qaz Dəhlizi. İyun ayının 12-də isə TANAP açılır. Mən indi burda dayanmaq,  Prezidentin İftar süfrəsi arxasındakı çıxışından kiçik bir parçaya qulaq asmağınızı istəyirəm. 

"Mir Şahinin vaxtl"na tam formatda videomaterialda baxa bilərsiniz

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə