“LİBRAFF Park Akademiya" açıldı - VİDEO

“LİBRAFF Park Akademiya
Azərbaycanda ilk dəfə oxuculara satış ilə bərabər kitabxana xidməti də göstəriləcək.

Bakıda ən böyük “LİBRAFF” mağazasının açılış oldu.

Metronunu elmlər akademiyası stansiyası ilə üzbəüz yerləşən “LİBRAFF Park Akademiya”nın Azərbaycan, rus, ingilis, türk və digər xarici dillərdə nəşrlərin olduğu zəngin kitabxanası var.

Kitab mağazasında həm də Avropa-Azərbaycan cəmiyyəti - TEAS tərəfindən nəşr ediln cumhuriyyətin 100 illiyinə həsr edilmiş kitabların sərgisi də təşkil edilmişdi.

Azərbaycanda ilk dəfə burada oxucularına satış ilə bərabər, kitabxana xidməti də göstərəcək.

Milli Akademiyanın əməkdaşları, universitet tələbələri və şagirdlər, ümumiyyətlə, hər bir müsafir burada ən son nəşrlər ilə nəinki tanış ola, həmçinin onları mütaliə də edə biləcəkdir.

Burada yerli və xarici müəlliflərin imza günləri və təqdimatlar keçiriləcək, kitabsevərlərin iştirakı ilə müzakirələr aparılacaq. 

Açılışda çıxış edənlər kitaba sevginin artırılması üçün belə mərkəzlərin əhəmiyyətini vurğuladılar.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə