Prezident Oqtay Mirqasımovu mükafatlandırdı

Prezident Oqtay Mirqasımovu mükafatlandırdı
İlham Əliyev sərəncam imzalayıb

Prezident İlham Əliyev kinorejissor, Xalq Artisti Oqtay Mirqasımovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Oqtay Mirəsədulla oğlu Mirqasımov “Şərəf” ordeni ilə təltif edilsin.

Oqtay Mirqasımov 20 ildir ki, Azərbaycan gənc kinematoqrafçılarının hazırlanmasında xüsusi xidmətlər göstərir. Kinorejissorun hazırladığı ekran əsərləri dəfələrlə Fransa, İtaliya, Türkiyə, Monqolustan, Polşa, Macarıstan, İsrail, Yaponiya və digər ölkələrin tamaşaçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə