Sabahdan hava kəskin dəyişəcək

Sabahdan hava kəskin dəyişəcək
Güclü külək əsəcəyi, yağış yağacağı proqnozlaşdırılır

Bakı və Abşeron yarımadasında iyunun 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 24-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində iyunun 8-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 08-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 17-22, gündüz 25-30, dağlarda gecə 9-13, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə