Salam, Müşfiq! - VİDEO

Salam, Müşfiq! - VİDEO
Mikayıl Müşfiqin xatirəsi sığışmayan muzey

5 iyun sevgi şairi, tərcüməçi, pedaqoq, azərnəşrin direktoru Mikayıl Müşfiqin doğum günüdür. 110 illiyi ilə əlaqədar onun ata yurdu olan Xızıya yola düşdük. Həm orada keçirilən tədbiri işıqlandırdıq, həm də Müşfiqin ev muzeyinə baş çəkdik.

1988-ci ildə burada əvvəlcə Müşfiqin büstü qoyulub. Sonra bu xatirə muzeyi 1990-cı ildə Müşfiqsevərlər tərəfindən inşa edilib. Yəni həmin ərəfədə dövlət tərəfindən heç bir dəstək olmayıb. Lakin sonralar dövlət qayğısıyla təmir olunub və demək olar ki, hər il Müşfiqin doğum və anım günlərində burada tədbirlər keçirilir. Buna baxmayaraq, muzey çox kiçikdir. Yəni şairin bir misrasında çizdiyi aləm bu otaqdan xeyli böyükdür.

Yazılı ədəbiyyatda Müşfiqin Bakıda doğulduğu qeyd edilir. Amma Xızılılar deyir ki, Müşfiq Xızının Sayadlar kəndində doğulub. 6 aylıq olanda anası rəhmətə gedib. Bir müddət ona Səriyyə adlı qohumu baxıb. Sonralar atası Əbdülqədir İsmayılzadə onu da Bakıya aparıb. İndi nə Sayadlar kəndi var, nə də Müşfiq. Xızı cənnət yerdir. Amma bu yerlər boz, çılpaq torpaqlardan ibarətdir.

Maraqlı bir şey də deyim. Bu boyda boz çöllükdə oazis kimi bircə yer var. O da elə Müşfiq ocağıdır. Buradan balaca çay da axır. Hara getsə bir ucu ya altdan, ya üstdən Xəzərə qovuşur. O Xəzərə ki, Müşfiqi elə belə çöl-biyaban bir adada güllələyib nəşini sularına atıblar.

İndi onu sevənlər hər bura gəlib bu çaya toxunanda ona salam göndərirlər. Salam, Müşfiq!

Orxan Məmmədli

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə