Mujikovun qabağına çıxa bilmədik - VİDEO

Mujikovun qabağına çıxa bilmədik - VİDEO
Millimiz 3-ün Astana faciəsi

Futbol üzrə milli komandamız bir neçə gün öncə qırğızlarla oyunda qazanılmış qələbənin sevincini unutdurdu.

Nə qapıdakı Ağayev nə də meydandakı Qarayev Qazaxıstanla oyunda üzümüzü ağarda bilmədilər.

Təmkinli yığmanın müdafiə xətti ilk 15 dəqiqədə o qədər təmkinli davrandı ki, qazaxlar 15-ci dəqiqəyə qədər bizi 2 dəfə mərkəzə dəvət etdi. Əvvəlcə Murtazaev sözün hər iki mənasında baş işlətdi.

Bundan 2 dəqiqə sonra qazaxıstanlı Mujikovun qabağına çıxacaq 1 müdafiəçimiz olmadı. Batırların ad batıranlarla oyununda ilk hissə elə bu hesabla başa çatdı. Fasilədən sonra da oyunda ciddi dəyişiklik yarada bilmədik. Ruslanın Rahillə, Arazın Namiqlə, İlqarın Ürfanla, Dimanın Coşqunla, Ruslanın Ramillə dəyişdirilməsi heç nəyi dəyişmədi.

Matçın ruhuna uyğun yeganə əvəzetmə Hüseynovun yerinə İmamverdiyevin girməsi oldu. Yəni Cavidlərin yerini dəyişəndə cəm dəyişmədi. Amma hesab dəyişdi, özü də 90-cı dəqiqədə. Bəxtiyar Zaynutdinov adını tabloya yazdırdı. Qazaxlar bu gün bəxtiyardı, Zaynutdinov soyadında isə bizim üçün ibrətlik nəsə var. Sadəcə hecalamaq lazımdır.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə