Vurğunun və şeirin Vaqifi - VİDEO

Vurğunun və şeirin Vaqifi - VİDEO
Bu gün xalq şairi Vaqif Səmədoğlunun ad günüdür

Salam, ata, salam.
Bilirəm,
arxamdasan.
Məzarından cəmi əlli-altmış
addım bu yanda dayanıb
trolleybus gözləyirəm.
Trolleybusa minib,
sənin yanına
gələnə qədər
yaşamağa gedəcəyəm.
Ömür bu imiş, ata?
Gəldi...
Salam trolleybus,
əlvida ata...

O, ataya ən çox ehtiyac duyduğu bir yaşda onu itirmişdi. Səməd Vurğun dünyadan köçəndə Vaqif Səmədoğlu 17 yaşındaydı. Atasını bu nəhəng izdihamın içində buraxıb öz təbirincə desək, yaşamağa getdi. Bir trolleybus dayanacağı qədər ömrü yaşamağa. Namusla yaşadı Vaqif Səmədoğlu, mərd yaşadı. Bəlkə də atasının hansısa günahları vardısa, onu yumağa çalışdı. Azərbaycanın azadlıq mübarizəsinin önündə getdi, xalq hərəkatında xalqın yanında oldu. Onu siyasətdə də sevdik, yaradıcılıqda da. Yaşıl eynəkli adamına güldük.

Bəxt üzüyünə baxıb bəxtimizi qarğıdıq….. 

Bu gün doğum gününü məzarı başında andı dostları- doğmaları. SEvimli həyat yoldaşı Nüşübə xanım, Vaqif Səmədoğlu şerinin heyranları. Anarı da gördüm xiyaban boyu asta yerişlə məzara doğru yaxınlaşırdı. Mən də təəssüratlarını öyrənmək üçün ona yaxınlaşdım. 

Yaxşı ki, sevildiyinə əmin olub köçdü dünyadan. Amma həmişə deyərdi ki, Səməd Vurğun məndən daha yaxşı şairdi. Nə bilim..Bəlkə də beləydi, bəlkə də Səməd Vurğun qədər oxucu qazanmadı, amma sevgi qazandı. Xüsusilə də mahnılarında….
Ayrılıq bir dənizmiş…

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə