Vokalçıların VII beynəlxalq müsabiqəsi başlayıb - VİDEO

Vokalçıların VII beynəlxalq müsabiqəsi başlayıb - VİDEO
Qran-prinin sahibi 10 min dollar qazanacaq

Vokalçıların Bülbül adına 7-ci beynəlxalq müsabiqəsi start götürüb. Müsabiqə Bülbülün 120 illik yubileyi ərəfəsindəki tədbirlər çərçivəsində keçirilir.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutan müsabiqənin açılışında Mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak ediblər.
 
Mədəniyyət naziri bildirdi ki, bu cür müsabiqələr gənclərin yaradıcılıq fəaliyyətinə bir qapıdır, açar isə onların öz əllərindədir.

Həm müsabiqədə, həm də yubiley tədbirində iştirak etmək üçün Bakıya gələn Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirdi ki, müsabiqə bütün region üçün böyük hadisə, gənc ifaçıllar üçün bir imkandır.

Müsabiqədə Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Moldova, Monqolustan, Özbəkistan, Gürcüstandan gənc istedadlı vokalçılar iştirak edəcəklər.

Münsiflər heyətində rusiyadan, gürcüstandan, ukraynadan, almaniyadan olan musiqi mədəniyyətinin görkəmli nümayəndələri, Azərbaycadann isə professor Fərhad Bədəlbəyli, tanınmış pianoçu Murad Adıgözəlzadə, bəstəkar Siyavuş Kərimi təmsil olunurlar.

Qeyd edək ki, iyunun 4-də başlayan müsabiqə ayın 7-də yekunlaşacaq. Müsabiqənin finalında qran prinin sahibi 10 min dollar, 1-ci yer 7500 dollar, 2-ci yer 5000 dollar, 3-cü yerə çıxanlar isə 3000 dollar mükafat qazanacaq.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə