Mir Şahinin vaxtı (VİDEO, 03.06.2018)

Mir Şahinin vaxtı (VİDEO, 03.06.2018)

Bu həftə Azərbaycanda bir-birilə tarix və məntiqlə bağlı olan 3 hadisə baş verdi. Həftə Müstəqil Respublikanın yaranmasının 100 illiyinin qeyd olunması ilə başladı. Ardınca Cənub Qaz dəhlizinin açılışı ilə başlayan Xəzər Neft Qaz sərgisi təqdim olundu. Bu hadisə də yubileyinci idi. 25-ci! Niyə bu hadisələr arasında bir tarix və məntiq bağlılığı görürəm.

Ona görə ki, müstəqillik olmasaydı nə Cənub Qaz dəhlizi kimi qitəmiqyaslı layihələr işə düşəcəkdi, nə də Xəzərin altlı-üstlü bütün imkanlarının, Azərbaycanın enerji əzələlələrinin obyektiv afişası olan neft-qaz sərgisi kimi tədbirlər keçiriləcəkdi. Cənub Qaz dəhlizi və Xəzər neft qaz sərgisi. Bu hadisələr təkcə Azərbaycanın deyil, Avropanın, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın sərgiyə ünvanladığı məktubundan isə baxsaq həm də bütün dünyanın prioritetidir. Ola bilsin ki, biz belə hadisələrin əhəmiyyətini bütün miqyası ilə hamının başa düşə biləcəyi tərzdə izah edə bilmədiyimizdən həyata keçirilən proyektlər ölkə daxilində, sıravi vətəndaş, sosial cariliklər səviyyəsində tam əhəmiyyətilə dərk olunmur. Rəqəmlər, statistik göstəricilər, darıxdırıcı fiziki-riyazı hesabatlar təbii ki cazibədar deyil. Tərs kimi də bu fəaliyyət zonasında çalışan peşəkarların mütləq əksəriyyəti neftin-qazın dilini Xoşbəxt Yusifzadə kimi Vaqifin şirin dilinə çevirməyi bacarmır. Yoxsa nə vardı ki...

"Mir Şahinin vaxtl"na tam formatda videomaterialda baxa bilərsiniz

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə