İn-Qrid Bakıdadır - VİDEO

İn-Qrid Bakıdadır - VİDEO
Dünya şöhrətli müğənni son albomuna 7 Azərbaycan mahnısı daxil edib

Dənizkənarı Milli Parkda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bayram tədbirləri çərçivəsində Avropa mədəniyyətini tərənnüm edən - “Avropa Şəhərciyi-2018” festivalı keçirilib.

Avropa ittifaqının Azərbaycandakı nümayəndəliyi və ora üzv dövlətlərin səfirlikləri tərəfindən təşkil olunan tədbirdə 20-yə yaxın ölkənin çadırı quraşdırılmışdı.

Ölkələr özlərinə məxsus əl işlərini, məlumatlandırıcı stendlərə festival gələnlərlə tanış edirdilər.

Eşitdik ki, tədbirə dünya şöhrətli müğənni İn Qrid də qatılıb. Tənbəllik etmədik. Onu səhnəyə çıxmazdan əvvəl bir az danışdırdıq, bir az da oxutduq.

İlk dəfə İn Qridə təxminən 15 il əvvəl qulaq asmışdım. O vaxtlar onun ifa etdiyi “Tu Es Foutu” mahnısı bütün top 10-luqlarda ilk sıraları tuturdu. Mahnı təxminən 4-5 il dəbdən düşmədi. Bizim müğənnimiz Aygün Kazımova da həmin mahnıya müraciət etmişdi.

Mahnının tərcümədə adı təxminən belədir: “Sən mənə söz verdin”. Düzdür, nə mən İn Qridə, nə də İn Qrid mənə söz verdi. Amma dedi ki, tez-tez gələcəm. Şəhərimiz yaman xoşuna gəlib.

Diqqətli xanımdır, İN QRİD. Təbrikini də unutmadı.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə