Türkiyəli məşhurlardan Azərbaycana təbrik

Türkiyəli məşhurlardan Azərbaycana təbrik

Türkiyənin məşhur sənətçiləri Azərbaycan xalqını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təbrik edib

Türkiyəli məşhur aktyor Oktay Qaynarca Cümhuriyyətimizin 100 illiyini İnstaqram səhifəsində video çarx paylaşaraq təbrik edib. Aktyor videya “Qardaş ölkə Azərbaycanın Cümhuriyyət Bayramını təbrik edirəm”, - deyə şərh yazıb.

Türkiyənin məşhur müğənnisi Gülbən Ərgən də Azərbaycanı təbrik edib. O, iki qardaş ölkənin bayrağını İnstaqram səhifəsində paylaşaraq belə yazıb: "Mustafa Kamal Atatürkün dediyi kimi Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan Cumhuriyyətinin 100 illiyi mübarək olsun".

Türkiyənin məşhur müğənnisi Seda Sayan da Azərbaycanı Cumhuriyyətin 100 illiyi münasibəti ilə təbrik edib. O, İnstaqram səhifəsində video çarx paylaşaraq "Qardaş ölkə Azərbaycanı Cümhuriyyət günü münasibəti ilə təbrik edirəm", -deyə yazıb.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə