ÇL yolunda “Qarabağ”ın potensial rəqibləri - SİYAHI

ÇL yolunda “Qarabağ”ın potensial rəqibləri - SİYAHI
Təmsilçimizin mübarizəyə başlayacağı II təsnifat mərhələsində 34 iştirakçı olacaq

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib. Polşa çempionatında “Legiya”nın qalib olması ilə birlikdə bütün suallara aydınlıq gəlib.
 
Belə ki, daha əvvəl Slovakiyada birinci olmuş “Jilina”nın hansı səbətdə yer alacağı bu ölkənin çempionunun reytinqindən asılı idi.
 
İyunun 19-da keçiriləcək ilk iki təsnifat mərhələsinin püşkatmasında “Legiya” çempionumuz kimi səpələnmişlər sırasında yer alacaq. Belə olan halda isə milli komandamızın hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Jilina” səpələnməmişlərdən biri kimi ağdamlıların potensial rəqibi olub.

Təmsilçimizin mübarizəyə başlayacağı II təsnifat mərhələsində 34 iştirakçı olacaq. Püşkdə 29 komanda və I təsnifat mərhələsinin 5 cütü hərəsində 17 iştirakçı olmaqla iki səbətə bölünəcək.
 
Səpələnmişlər sırasında yer alacaq “Qarabağ” 12 klub və ya 4 cütlükdən biri ilə görüşəcək. Ermənistan klubunun yer aldığı I mərhələnin cütü isə çempionumuzla üz-üzə gələ bilməz.
 
“Zəiflər”in digər 9-u, həmçinin II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq 10 komanda isə “Qarabağ”la qarşılaşa bilər. Birbaşa ikinci mərhələdən başlayıb səpələnməmiş olan 12 rəqibdən 11-i məlumdursa, biri hələ dəqiqləşməyib.
 
Çempionlar Liqası
I təsnifat mərhələsi

 
Səpələnmişlər
TNS (Uels) – 5,775
“Linfild” (Şimali İrlandiya) – 3,650
“Vikinqur” (Farer adaları) – 2,950
“Hibernians” (Malta) – 2,800
“Santa-Koloma” (Andorra) – 2,733
 
Səpələnməmişlər
“Alaskert” (Ermənistan) – 2,525
“La Fiorita” (San-Marino) – 1,566
“Europa” (Cəbəllütariq) – 1,500
“İnfonet” (Estoniya) – 1,300
“Trepça” (Kosova) – 1,000
 
II təsnifat mərhələsi
 
Səpələnmişlər
“Seltik” (Şotlandiya) – 42,785
“Zalsburq” (Avstriya) – 40,570
“Kopenhagen” (Danimarka) – 37,800
“Lüdoqorets” (Bolqarıstan) – 34,175
BATE (Belarus) – 29,475
“Legiya” (Polşa) – 28,450
APOEL (Kipr) – 26,210
“Maribor” (Sloveniya) - 21,125
“Qarabağ” (Azərbaycan) – 18,050
“Malmö” (İsveç) – 16,945
“Astana” (Qazaxıstan) – 16,800
“Partizan” (Serbiya) – 16,075
“Riyeka” (Xorvatiya) – 15,550
“Rusenborq” (Norveç) – 12,665
“Şerif” (Moldova) – 11,150
“Hapoel” (Beyer Şeva, İsrail) – 10,875
“Hafnarfyordur” (İslandiya) – 6,175
 
Səpələnməmişlər
“Jilina” (Slovakiya) – 5,850
“Jalgiris” (Litva) – 5,825
“Dandalk” (İrlandiya) – 5,815
“Vardar” (Makedoniya) – 5,125
“Dudelanj” (Lüksemburq) – 4,975
“Kukesi” (Albaniya) – 4,550
“Zrinski” (Bosniya və Herseqovina) – 4,050
“Buduçnost” (Monteneqro) – 3,300
“Honved” (Macarıstan) – 2,900
“Mariehamn” (Finlandiya) – 2,030
“Spartak” (Latviya) – 1,975
“Samtredia” (Gürcüstan) – 1,525
I təsnifat mərhələsinin 5 qalibi

Apasport

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə