İsmayıllını su basdı (VİDEO)

İsmayıllını su basdı (VİDEO)
Güclü külək 60-a yaxın kəndi işıqsız qoydu

İsmayıllı rayonunda güclü küləklə müşahidə edilən yağış yağıb.

Təqribən 10-15 dəqiqə davam edən yağış və külək təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub. 

Sosial obyektlərin dam örtüyünə, meyvə ağaclarına ziyan dəyib. Rayon daxilində elektrik xətləri kəsilib. Damları uçan evlərin daxilində əşyalar su içində qalıb.

60-a yaxın kəndin elektrik enerji verilişi dayanıb. 7 kəndi birləşdirən qaz xəttinin Ax-Ox çayından keçən hissəsi qırılıb, qaz təchizatı dayanıb.

Gecə saat 01:00 radələrində Girdiman çayı ərazisində iri və xırdabuynuzlu heyvanları çaydan keçirərkən gələn güclü sel nəticəsində heyvanların bir qismi çayı keçsə də qalan hissəsi 4 çoban, QAZ-66 maşını və 500-600-ə yaxın mal-qara çayın ortasında çıxılmaz vəziyyətdə qalıblar.

Gecə saatlarında İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasi və rayon Polis idarəsinin əməkdaşları tərəfindən həmin nəzarətə götürülüb. Əraziyə texnika və canlı qüvvə cəlb edilib, xilasetmə işləri aparılır.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə