“Xalq artisti” adını alan məşhurlar

“Xalq artisti” adını alan məşhurlar
Prezident bununla bağlı sərəncam imzalayıb

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" sərəncama əsasən bir neçə məşhur mədəniyyət xadiminə "Xalq artisti” fəxri adı verilib.

Onların arasında müğənni və musiqiçi, Crocus Group şirkətlər qrupunun birinci vitse-prezidenti Emin Ağalarov, şoumen, tanınmış teleaparıcı, prodüser, aktyor, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü Murad Dadaşov da var.

Sərəncama əsasən bəstəkar Fikrət Əmirovun oğlu bəstəkar, cazmen Cəmil Əmirov, məşhur bəstəkar Qara Qarayevin oğlu bəstəkar Fərəc Qarayev və bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin qızı pianoçu, bəstəkar və caz ifaçısı Əzizə Mustafazadəyə də "Xalq artisti” fəxri adı verilib.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə