ABŞ Ankaraya “S-400”ün alternativini təklif etdi

ABŞ Ankaraya “S-400”ün alternativini təklif etdi
Bu barədə ABŞ dövlət katibi Mayk Pompeo açıqlama verib

ABŞ Türkiyəyə Rusiyadan almağa çalışdığı “S-400” zenit-raket komplekslərinin alternativini təklif edib.

RİA Novosti xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo deyib.

“Əlbəttə ki, Türkiyənin tutduğu bu siyasi kurs düzgün deyil. Onlar “S-400” alsalar bizimlə onların arasında, Türkiyə ilə NATO-nun arasında çoxlu problemlər ortaya çıxacaq.

Biz onlara diplomatik təzyiqlər göstəririk, həmçinin həmin silahlara alternativlər təklif edirik”,- deyə Pompeo ABŞ Senatındakı dinləmələrdə etdiyi çıxışda vurğulayıb.

Pompeo Ankranın atacağı addımların NATO hədəflərinə uyğun olacağına ümidvar olduğunu ifadə edib.

Xatırladaq ki, ötən ilin dekabr ayında Ankarada “S-400” zenit-raket komplekslərinin tədarükü ilə bağlı Rusiya və Türkiyə arasında kredit müqaviləsi bağlanıb.

Türkiyə Müdafiə Sənayesi Katibliyinin bəyanatına əsasən, Ankara bu kompleksin türkiyəli şəxsi heyətin sərəncamında olacaq iki batareyasını alacaq.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə