Əfv sərəncamının icrasına başlanıldı (YENİLƏNİB, VİDEO, FOTO)

Əfv sərəncamının icrasına başlanıldı (YENİLƏNİB, VİDEO, FOTO)
Sərəncam ümumilikdə 634 nəfərə şamil olunub

10 saylı cəzaçəkmə müəssisəsində artıq əfv sərəncamının icrasına başlanılıb.

Müəssisədən Real TV-yə verilən məlumata görə, əfv sərəncamına əsasən 17 məhkum azad olunacaq.


13 saylı cəza çəkmə müəssisəsində də əfv sərəncamının icrasına başlanılıb. Bu müəssisədən isə 41 məhkum əfv olunacaq.

 


***09:34

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mayın 24-də imzaladığı əfv sərəncamının icrasına başlanılıb.

Əfv sərəncamının icrası ilə bağlı mətbuat konfransı keçirilib.

Konfransda bildirilib ki, sərəncamın vaxtında, düzgün yerinə yetirilməsi üçün təşkilatı işlər görülüb.

Mətbuat Konfransında Əfv məsələləri Komissiyasının üzvləri və Ombudsman Elmira Süleymanova iştirak edib.
 
Əfv sərəncam ümumilikdə 634 nəfərə şamil olunub.
 
Məhkumlardan 607-si azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad olunub.
 
Bundan başqa, 9 məhkum şərti azadlıqdan məhrumetmə, 6 məhkum islah işləri, 11 məhkum isə cərimə cəzasından azad edilib/

Əfv siyahısında 15 qadının adı var, onlardan 12 nəfəri bu gün azadlığa buraxılacaq (digərləri azadlıqda olanlardır).

39 nəfər xarici vətəndaşın, o cümlədən Gürcüstan (11), Rusiya (4), Çin (5), İran (4), Türkiyə (3), Banqladeş (3), Türkmənistan (2), Qazaxıstan (2), Özbəkistan (1), Kamerun (1), Hindistan (1), Əfqanıstan (1) və Ukrayna Respublikasının (1) vətəndaşlarının adları yer alıb. Bundan başqa, siyahıda vətəndaşlığı olmayan 3 nəfərin adı da var.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə