“DEUTSCHE BANK” 7 000 işçini ixtisar edəcək

“DEUTSCHE BANK” 7 000 işçini ixtisar edəcək
Bank 3 ildir zərərə işləyir

Almaniyanın “DEUTSCHE BANK”ı  tərkibində gedən restrukturizasiya tədbirləri ilə əlaqədar 97 min işçidən 90 mini qalacağı gözlənilir.

Real TV xəbəe verir ki, bu barədə bankın səhmdarların bu il gözlənilən iclasından qabaq yayılan bəyanatında qeyd olunub. İşçi ixtisarlarının daha çox hansı ölkərə təsir edəcəyi hələ ki, məlum deyil. Lakin ehtimal olunur ki, London ixtisarlardan daha çox əziyyət çəkəcək.

İşçi ixtisarları əsasən qiymətli kağızların alqı-satqı departamentində nəzərdə tutulur.

Qeyd edək ki, Almaniya bankı artıq 3-cü ildir ki, ziyanla işləyir. Aprel ayında bankın yeni rəhbəri Kristian Zevinq təyin olunub. Zevinq Con Kraeni əvəz edib. “Biz Avropanın beynəlxalq maliyyələşməsi və kapital bazarında alternativ seçimiyik. Bununla belə biz həqiqətən öhdəsindən yaxşı gəldiyimiz işə diqqətimizi yönəltməliyik” – deyə Zevinq qeyd edib. Zevinq ikinci rübdə maliyə konserninin tempini əhəmiyyətli dərəcədə artırmağa nail olub.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə