İtkin düşən yeniyetmələrin meyitləri tapılıb

İtkin düşən yeniyetmələrin meyitləri tapılıb
Meyitlər 36 gün sonra dənizdə qayıqda tapılıb

Bu gün Xəzər dənizində qayıqda tapılmış meyitlərin kimliyi məlum olub. 

Real TV xəbər verir ki, bunlar bir ay əvvəl Sumqayıt şəhəri ərazisindən dənizə çıxmış 2003-cü il təvəllüdlü Adil Müşviq oğlu Cəbiyev və 2001-ci il təvəllüdlü Nüsrət Nəzər oğlu Nəzərovdur. Meyitlər müayinə olunduqdan sonra ailələrinə təhvil veriləcək. 

Qeyd edək ki, aprelin 18-i gunorta saatlarında iki gənc 18 yaşlı Nüsrət Nəzərov və onun dostu 15 yaşlı Adil Cəbiyev rezin qayıqla, dənizə məşq etməyə gediblər. Artıq bir aydan çox idi ki, gənclərdən heç bir səs-soraq yox idi.
 

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə