Angela Merkel Avropa şirkətlərinin İranı tərk edəcəyini bildirib

Angela Merkel  Avropa şirkətlərinin İranı tərk edəcəyini bildirib
İran Avropa İttifaqından zəmanət tələb edir

Amerika Birləmiş Ştatlarının sanksiyaları ilə əlaqədar bir sıra Avropa şirkətləri İranı tərk etməli olacaq.

Real TV xəbər verir ki, Almaniya kansleri Angela Merkel Çinə səfəri zamanı belə deyib. Çinli rəsmilərlə görüşdə ikitərəfli əlaqələrin əsas müzakirə mövzusu olacağı gözlənilsə də, Amerika Birləşmiş Ştatlarının İranla nüvə razılaşması tərk etməsi ilə əlaqədar bu məsələ prioritet təşkil edib.

Merkel Pekində çıxışı zamanı bildirib ki, Almaniya İranla nüvə razılaşmasını riskə atmaq istəmir: “İranla razılaşma, ola bilsin ki, ideal deyil. Lakin başqa seçim yoxdur. Ona görə də, düşünürük ki, hazırkı şərtlər altında ən yaxşı qərar sazişi saxlamaqdır” .

Bununla belə, İran Avropa İttifaqından sazişlə bağlı zəmanət tələb edib. İranın dini lideri Əli Xamenei rəsmi Brüsselə bu barədə ultimatum göndərib. İrəli sürülən şərtlər arasında İran neftinin Avropa bazarında maneəsiz satışı və Avropa bankları ilə İran bankları arasında biznes əməliyyatlarının təhlükəsiz təşkili yer alır. Xamneyi bildirib ki,  Avropa əməldə sübut etməlidir ki, həqiqətən də razılaşmanı saxlamaq istəyir. 

 2015-ci ildə “altılıq ölkələri” ilə əldə olunan razılaşmadan sonra İran neft istehsalını sutkada 1 milyon barelə qədər yüksəldib. Lakin sanksiyalarla əlaqədar İran neftinin istehsalı yenidən azala bilər. ABŞ prezidenti Donald Tramp 8 may tarixində razılaşmanı tərk etdiklərini bildirib. Razılaşmanı imzalayan digər tərəflər isə sazişə sadiq qalacaqlarını ifadə ediblər.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə