İraq, Çin və Rumıniya liderləri İlham Əliyevə məktub göndəriblər

İraq, Çin və Rumıniya liderləri İlham Əliyevə məktub göndəriblər

İraq prezidenti Fuad Məsum Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir: “Əs-səlamu aleykum varahmatullahi vabarakatuhu. Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi İraq Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan təbrik edirəm. Fürsətdən istifadə edərək, İraq Respublikasının ölkələrimiz arasında müxtəlif sahələrdə mövcud olan əlaqələri xalqlarımızın mənafeyi naminə inkişaf etdirmək və möhkəmləndirmək istəyini bir daha vurğulayıram. Möhtərəm cənab Prezident, Sizə davamlı uğurlar və möhkəm cansağlığı, dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram”.

Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir: “Hörmətli cənab Prezident. Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Çin hökuməti və Çin xalqı adından, şəxsən öz adımdan Sizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı bildirməkdən şərəf duyuram. Son illərdə Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir, cəmiyyətdə sabitlik və həmrəylik müşahidə olunur, Azərbaycanın beynəlxalq arenada statusu və təsiri gündən-günə artır. Azərbaycanın yaxın dostu kimi Çin buna ürəkdən sevinir. Mən Çin–Azərbaycan münasibətlərinin inkişafına böyük diqqət yetirirəm, iki ölkənin və onların xalqlarının xeyrinə qarşılıqlı faydalı əməkdaşlığın bütün sahələrində yeni uğurlara nail olmaq üçün Sizinlə birgə səy göstərməyə hazıram. Azərbaycan xalqına tərəqqi və əmin-amanlıq arzulayıram. Sizə cansağlığı və ən xoş arzular diləyirəm”.

Rumıniya prezidenti Klaus Verner İohannis Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir: “Əziz cənab Prezident. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi, sülh və firavanlıq arzularımı çatdırıram. Ölkələrimiz arasındakı strateji tərəfdaşlığın bütün sahələrdə birgə səylərimiz və hərtərəfli siyasi dialoq vasitəsilə daha da güclənəcəyinə tam əminliyimi bildirirəm. Əziz cənab Prezident, xahiş edirəm, Sizə olan yüksək ehtiramımı qəbul edəsiniz”.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə