Ərdoğan Qarabağı “Seçki Bəyannaməsi”nə saldı

Ərdoğan Qarabağı “Seçki Bəyannaməsi”nə saldı
Seçki Bəyannaməsində Azərbaycan ərazilərinin işğalına da toxunulub

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan qarşıdakı prezident və parlament seçkiləri üçün Ədalət və İnkişaf Partiyasının (AKP) Seçki Bəyannaməsini açıqlayıb.

Bəyannamənin xarici siyasətlə bağlı hissəsində Azərbaycan ərazilərinin işğalına da toxunulub.

“Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”, deyə sənəddə vurğulanıb.

Bəyannamədə bildirilib ki, R.T.Ərdoğan yenidən prezident seçilərsə, Qafqaz və Orta Asiya ölkələri ilə əlaqələr daha da inkişaf etdiriləcək, 2009-cu ildə qurulan Türk Şurası daha da gücləndiriləcək.

"Bütün bunlar AKP-nin əsas hədəflərindəndir", - deyə Ərdoğan bildirib.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə