Tarixə qovuşan gəmilər (VİDEO)

Tarixə qovuşan gəmilər (VİDEO)
İstismar müddəti bitən 4 tanker doğranacaq

Yan yana dayanaraq sahilə lövbər salan bu gəmilər yenə hansısa müxtəlif təyinatlı yükü daşımaq üçün gözləmirlər.

Hər birnin minimum yarım əsr yaşı olan nəhəng tankerlər bu dəfə doğranaraq tarixə qovuşacaq günü gözləyirlər.

Bu mənzərə Xəzər dənizinin Bakı buxtasındakı sahilində göz oxşayır. Xəzər Dəniz Gəmiçiliyinin tarixində müstəsna ximdətləri olan bu tankerlərin bir müddət sonra özləri tarix olacaq.

Tankerlərlə yaxından tanış olmaq üçün Bibiheybət Gəmi Təmiri zavduna üz tutduq. İstismar müddətini başa vurmasına baxmayaraq tankerlər nəhəngliyi və öz əzəmətləri ilə adamda həm vahimə, həm də maraq doğuran suallar yaradır.

Tankerlərdən biri dahi Azərbaycan şairi Nizaminin adını daşıyır. İçəridə məni çürümüş dəmirlər, pas bağlamış nərdivanlar və boş qalmış otaqlar qarşılayır.

Öyrənirik ki, doğranan gəmilərin əvəzinə Xəzər Dəniz Gəmiçiliyi donammasına yeni gəmilər alınır.

Qeyd edək ki, doğranma prosesinə gedəcək balıqçı gəmiləri Xəzər Dəniz Gəmiçiliyinə aid deyil.

Kamil Eldaroğlu
Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə