İstifadəsiz torpaqların aqibəti (VİDEO)

İstifadəsiz torpaqların aqibəti (VİDEO)
255 min hektar istifadəsiz torpaq geri qaytarılır

Neft tükənən sərvətdir. Bu gün var, sabah yox. Sabahın olması üçün hələ bir neçə il əvvəl ölkə prezidenti qeyri-neft sektorunun inkişafına dair bir sıra proqramların həyata keçirilməsini göstəriş verdi.

Proqramların böyük bir hissəsi kənd təsərrüfatıyla bağlı oldu. Bunun üçün dövlət maddi və mənəvi, hətta reklam xarakterli hər cür dəstəyini əsirgəmir. Subsidiyalar ayrılır, dotasiyalar verilir, lizinq xidmətləri göstərilir, dövlət gübrədən yanacağa qədər qayğıların pulunu öz öhdəsinə götürür.

Onu da qeyd edim ki, əgər təsərrüfatçı il ərzində torpağı 2 dəfə əkirsə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə ayrılan yardım növbəti dəfə verilir.

Məşğulluqdakı paya nəzər yetirsək ölkə əhalisinin 36 faizi kənd təsərrüfatıyla məşğuldur. Ya da özünü məşğul kimi təqdim edir.

Çünki ilk baxışdan hər şey qənaətbəxşdir. Sərgilər keçirilir, stendlərdə parıltılı nemətlər, ağartı məhsulları, dənli bitkilər, şanlı ballar nümayiş etdirilir.

Bununla belə kənd təsərrüfatında bir durğunluq da müşahidə olunur. Və bunu görmək üçün dərin araşdırmalara ehtiyac yoxdur. Məsələn, Dövlət Əmlak Komitəsi açıqlama yayib ki, 255 min hektara yaxın əkilməyən və istifadəsiz torpaqlar geri qaytarılır.

Boş və fəaliyyətsiz qalan torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması istiqamətində təhlillər aparılıb, aşkar edilən belə torpaqlar geri qaytarılacaq. Görünür, kəndli günün altında yandığı qədər bəzi iri fermerlər aldığı subsidiyaların qarşılığında torpaq üçün bir o qədər can yandırmır.

Monitorinqlər zamanı 44 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların səmərəsiz və ya ümumiyyətlə istifadəsiz qalması faktları aşkarlanıb.

Qanunsuz hasarlama və zəbt olunma halları daha çox Abşeron, Beyləqan, Bərdə, Göygöl, Sabirabad, Salyan, Goranboy və Xaçmaz rayonlarında aşkarlanıb.

Xatırladaq ki, 2015-ci ildən etibarən 277 min hektar torpaq sahəsi icarəyə verilib. Bunun 218 min hektardan çoxu əkinçilik, qalan hissəsi isə heyvandarlıq məqsədi üçün ayrılıb.

Orxan Məmmədli
Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə