İranlı xokkeyçi dünya çempionu oldu

İranlı xokkeyçi dünya çempionu oldu
Zibanejad finalda fərqləndi

İsveç millisi xokkey üzrə dünya çempionu adını qazanıb.

Real TV xəbər verir ki, Danimarkada keçirilmiş yarışın final oyunuında skandinaviyalılar isveçrə ilə qarşılaşıblar. Oyunda hesabı isveçrə xokkeyçisi açıb. Nino Niderrayter komandasını önə çıxarıb. 1 dəqiqə sonra Qustav Nyukvist tarazlığı bərpa edib. 1-1.

Timo Mayerin zərbəsi nəticəsində hesabda önə çıxmış isveçrəlilər bu dəfə də üstünlüyü qoruyub saxlaya bilməyiblər. İsveçin İran əsilli xokkeyçisi Mika Zibanejad tarazlığı yenidən bərpa edib.

Əsas və əlavə vaxtda qalib müəyyənləşmədiyi üçün çempionun adına bullitlərdən sonra aydınlıq gətirib. Burada isə İsveç xokkeyçiləri daha dəqiq olublar. Filip Forsberqin zərbəsi yarımada təmsilçiləri ardıcıl ikinci dəfə dünyanın ən güclüsü adını qazanıblar. Dünya çempionatının bürünc medalları isə Kanadanı 4:1 hesabı ilə məğlub etmiş amerika xokkeyçilərinə qismət olub.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə