Polşa prezidenti ABŞ-ı tərk edə bilməyib

Polşa prezidenti ABŞ-ı tərk edə bilməyib
Səbəb təyyarədəki nasazlıq olub

Polşa prezidenti Andjey Duda beş günlük səfəri başa çatdıqdan sonra ABŞ-ı tərk edə bilməyib.

Bu barədə TVN24 xəbər verib. Məlumata əsasən, Çikaqo-Varşava aviareysi təyyarədə aşkarlanan texniki nasazlığa görə ləğv edilib. A.Duda Polşa hökumətinin nümayəndələri ilə birgə “LOT” aviaşirkətinin digər təyyarəsi  ilə ABŞ-ı tərk edəcək.

A.Duda Çikaqo şəhərinin Polşa icması ilə görüşmək üçün ABŞ-a səfər edib. Səfər çərçivəsində o həmçinin BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edib.

Apa.az

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə