Donald Tramp əks hücuma keçib

Donald Tramp əks hücuma keçib
FTB-dən azı bir nəfər seçki kompaniyasına müdaxilə edib

Amerika Birləmiş Ştatları Ədliyyə Nazirliyi prezident Donald Trampın 2016-cı ildə aparılan seçki kampaniyasına Federal Tədqiqatlar Bürosunun etdiyi casus müdaxiləsinin siyasi motivli olub-olmadığına dair araşdırma aparacaq.

Real TV xəbər verir ki, Tramp bu barədə araşdırma aparması üçün Nazirliyə müraciət edib. ABŞ mediyası Bürodan azı bir nəfərin seçki kampaniyasına casus müdaxiləsi etdiyini yazıb.

Qeyd edək ki, hazırda araşdırmaları Federal Tədqiqatlar Bürosunun sabiq rəhbəri Robert Müller aparır. O, bu işlə əlaqədar yaradılmış qurumun xüsusi müşaviridir. Robert Müller indiyə qədər istintaq zamanı 19 nəfəri ittiham edib. Lakin onlar Rusiya ilə əməkdaşlıq etməkdə deyil, yalan danışmaqda təqsirləndiriliblər.

Tramp “Twitter” hesabında bildirib ki, əgər iddialar təsdiqini taparsa, bu, Uoterqeyt skandalından daha böyük qalmaqal olacaq. Trampın sabiq seçki kampaniyası müşaviri Rocer Stoun isə indiyə qədər aparılan istintaqın uğursuz olduğunu deyib: “Hazırkı və sabiq əməkdaşlarımdan azı 8-i, əsasən, gənc insanlar, cənab Müllerin tədqiqatçıları tərəfindən hədə-qorxuya məruz qalıblar. Sizi əmin edə bilərəm ki, onlar Rusiyanın müdaxilə ilə bağlı heç bir dəlil tapmayıblar.” 

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə