A.İniesta "vida"laşdı

A.İniesta
Sonsuz sevginin 8 nömrəli səbəbi

Vida İspanca həyat deməkdir. Dünya futbolunun ən parlaq simalarından biri Andres İniesta Barselona ilə vidalaşıb. Amma bu dəfə bizim anladığımız dildə.

Real TV xəbər verir ki, 1996-cı ildən kataloniya təmsilçisinin formasını geyinən futbolçu Real Sosyedadla matçda son dəfə doğma klubunun formasında meydana çıxıb. Möhtəşəm vida mərasimində komanda yoldaşları göz yaşlarını saxlaya bilməyib. 

Barselonanın əsas heyətində 673 oyun keçirmiş əfsanəvi 8 nömrə bundan sonra karyerasını Yaponiyada davam etdirəcək. İniestanın "Vissel Kobe" klubu ilə müqavilə bağlayacağı gözlənilir.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə