Qüdsdə 3-cü səfirlik

Qüdsdə 3-cü səfirlik
Paraqvay səfirliyini Qüdsə köçürdü

Amerika Birləşmiş Ştatları və Qvatemaladan sonra Paraqvay da Qüdsdə səfirlik açıb.

Real TV xəbər verir ki, açılış mərasimində Paraqvayın dövlət başçısı Orasio Kartes, bir neçə diplomat və İsrailin hökuməti rəsmiləri, o cümlədən, İsrailin baş naziri Benyamin Netanyahu iştirak edib. İsrailin İctimai Təhlükəsizlik naziri Gilad Erdan Paraqvay dövlət başçısına səfirliyi Qüdsə köçürdüklərinə görə təşəkkür edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı elan etdikdən sonra səfirliyin də bu şəhərə köçürülməsinə qərar vermişdi. ABŞ hökumətinin bu addımı Yaxın Şərqdə - Qəzza, Ramallah və digər şəhərlədə İsrail hərbçiləri ilə qarşıdurmalara səbəb olub. Nəticədə 60-dan çox fələstinli öldürülüb, 2700- dən çox insan yaralanıb.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə