Qəbul imtahanlarında balların hesablanma qaydası açıqlandı

Qəbul imtahanlarında balların hesablanma qaydası açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün mayın 13-də II və III, mayın 20-də isə I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin ballarının hesablanması qaydasını açıqlayıb.

Qaydaya görə, abituriyentin ümumi balı hesablanarkən hər bir fənn üzrə topladığı nisbi ballar aşağıdakı cədvəldə verilmiş müvafiq çəki əmsallarına vurulmaqla cəmlənir. Hər bir fənn üzrə nisbi bal aşağıdakı qaydada hesablanır:

NB = NBq + NBa

NB – fənn üzrə nisbi bal, NBq – qapalı tipli test tapşırıqları üzrə nisbi bal, 
NBa – açıq tipli test tapşırıqları üzrə nisbi baldır.

NBq = 4 x Dq – Yq  (hesablamanın nəticəsi mənfi alınarsa, NBq=0  götürülür),

Dq – qapalı tipli test tapşırıqları üzrə doğru cavabların, Yq – qapalı tipli test tapşırıqları üzrə yanlış cavabların sayıdır.

NBa = 4 x Da  (açıq tipli test tapşırıqları tətbiq olunmayan fənlər üzrə NBa=0 götürülür),

Da – açıq tipli test tapşırıqları üzrə doğru cavabların sayıdır.

Ətraflı məlumat almaq üçün bu linkə keçid etmək lazımdır: http://dim.gov.az/bh/index.html

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə