Mədəniyyət xadimləri təlimə cəlb olunacaq

Mədəniyyət xadimləri təlimə cəlb olunacaq
Təlim 2 gün davam edəcək

Bakıda “British Council Azerbaijan” təşkilatı, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi, Nizami Kino Mərkəzi və “YARAT” Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə mədəniyyət xadimləri üçün ikigünlük təlim keçiriləcək.

Real TV-nin xəbərinə görə, 24-25 may tarixlərində keçiriləcək təlimdə Azərbaycanın tanınmış mədəniyyət xadimləri iştirak edəcəklər. Təlimlər “British Council”ın “Bərabərlik, müxtəliflik və inklüzivlik”, eləcə də Nizami Kino Mərkəzinin “Hər kəs üçün kino” strategiyalarına uyğun olaraq əlil şəxslər üçün daha müyəssər və inklüziv mühitin yaradılması məqsədilə təşkil olunur.

Təlim Müstəqil Kino Ofisinin nümayəndəsi, britaniyalı ekspert Cemma Baklinin rəhbərliyi ilə gerçəkləşəcək. C.Bakli, eyni zamanda, kinoteatrların eşitmə məhdudiyyətli insanlardan ibarət auditoriyası üçün nəzərdə tutulan proqramlar haqqında danışacaq.

“YARAT” Müasir İncəsənət Məkanında keçiriləcək tədbir hər kəsə açıqdır.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə