Mərkəzi yollardan birində təmir bitdi (VİDEO)

Mərkəzi yollardan birində təmir bitdi (VİDEO)
Təmir iki mərhələdə aparılıb

Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilib. Təmir-tikinti işlərinin aparıldığı ərazinin uzunluğu  570 m, eni isə 10-27 m olub hərəkət intensivliyi ilə seçilən Ə.Haqverdiyev və Landau küçələri arasında yerləşir. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Real TV-yə verilən məlumata görə, təmir-tikinti işləri çərçivəsində ərazidə asfalt-beton örtüyünün üst qatı frezlənərək çıxarılıb və 2 laydan ibarət yeni asfalt-beton örtük döşənib. Yağış-kanalizasiya sistemi bərpa olunaraq zəruri olan yerlərdə yeni yağış barmaqlıqları quraşdırılaraq köhnələri yenisi ilə əvəz olunub. Təmir işlərinin sonuncu mərhələsində yol nişanları və yolun üfiqi nişanlanma xətləri çəkilib. 

Qeyd edək ki,yolun təmiri iki mərhələdə həyata keçirilib  Bundan öncə Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospekti və Ə.Haqverdiyev küçələri arasında yerləşən 1.7 km-lik hissəsi təmir edilmişdi.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə