Bakıda binanın çökməsinin səbəbi bilindi (VİDEO)

Bakıda binanın çökməsinin səbəbi bilindi (VİDEO)
Nazirlik: Bu heç də binanın qəzalı olması demək deyil

Paytaxtın Səbail rayonu Bayıl qəsəbəsi Ibrahim Məmmədov 2a ünvanında 16 mərtəbəli binaya bitişik köməkçi tikilidə çökmə prosesi baş verib.

Faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəsisləri ərazidə mayaklar qoyub və çökmə prosesini izləməyə başlayıblar.

Adı çəkilən ünvanda yaşayan sakinlər isə binanın qəzalı olmadığını, əlavə tikiliyə isə yaxınlıqda aparılan təmir-tikinti işlərinin təsir etdiyini bildirirlər.

Ekologiya və Təbii Sərvətlər nazirliyinin milli geoloji kəşfiyyat xidmətinin əməkdaşı Sadiq Əmiraslanov da Real TV-yə müsahibəsində bildirdi ki, bina heç də qəzalı deyil. “Ərazi tikintilər tərəfindən ciddi yüklənməyə məruz qalıb. Sahədə monitorinq işləri davam etdirilir. Mayaklar quraşdırılıb. Hələ ki, çökmə ilə bağlı aktivlik müşahidə olunmur. Həmin binanın təmir işləri aparılan zaman tökmə torpaqdan istifadə olunub. Elə tökmə torpaqda da çökmə müşahidə olunub. Bu da binanın qəzalı vəziyyətdə olması demək deyil”.

Real TV-nin əməkdaşı Nərmin Adilqızının hazırladığı sujeti təqdim edirik.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə