Bakıda güclü partlayış: ölənlər var (VİDEO, YENİLƏNİB-2)

Bakıda güclü partlayış: ölənlər var (VİDEO, YENİLƏNİB-2)
FHN yaralıların kimliyini açıqladı

Real TV-nin partlayış baş verən ərazidə olan əməkdaşının bildirdiyinə görə, hadisə nəticəsində həyatını itirən şəxslər qohumdurlar.

Məlumata görə, ölən kişi kafenin sahibidir. Ölən qadının isə həmin kişinin yaxın qohumu olduğu bildirilir.

Hələlik onların kimliyi dəqiq müəyyən edilməyib.

 


***16:43

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda kafedə partlayış baş verməsi barədə məlumat yayıb.

FHN-dən Real TV-yə verilən məlumatda bildirilir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb.

Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Daha 2 nəfər (İbrahimov Natiq Zahid oğlu, 44 yaş; İbrahimova Şəkər Xosrov qızı, 53 yaş) yanğınsöndürənlər hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Əlavə məlumat veriləcək.

 


***16:16

Bakının Binəqədi rayonunda kafelərdən birində güclü partlayış olub.

Real TV-nin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Elite" ticarət mərkəzinin yaxınlığında yerləşən kafedə qaz balonu partlayıb.

Partlayış nəticəsində 2 nəfər hadisə yerində yanaraq həyatını itirib. Hələlik onların kimliyini müəyyən etmək mümkün olmayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Real TV-yə bildirib ki, hadisə nəticəsində isə 2 nəfər yanıq əxsarətləri alıb.

"Təcili tibbi yardım hadisə yerinə çatana qədər iki nəfər ölüb. Onların biri qadın, biri kişidir. Xəsarət alanlar da biri qadın biri kişi olmaqla 2 nəfərdir. Qadın təxminən 50-55, kişi isə 40-45 yaşlarındadır. Xəsarət alanlar Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Onların vəziyyəti ağırdır", - deyə SN-dən bildirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, xilasedicilər və təcili tibbi yardım briqadaları gəlib.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə