İmtahan öncəsi baş verənlər Real TV-də (VİDEO)

İmtahan öncəsi baş verənlər Real TV-də (VİDEO)
Cavab və sual vərəqələrinin saxlanıldığı otaq

Birinci və dördüncü ixtisas qruplarının abituriyentləri imtahan verdi.

33139 abituriyent üçün keçirilən imtahandan öncə dövlət imtahan mərkəzində olub prosses zaman gedən hazırlıq işlərini lentə aldıq. 

Respublikanın 11 şəhərində keçirilən qəbul imtahanlarına nəzarət 229 imtahan rəhbəri və 2603 nəzarətçi-müəllimə həvalə edilib. 

Səhər saatlarında xüsusi yoxlamadan keçərək mərkəzə daxil olan imtahan rəhbərlərinə təlimlər keçirilir 

Daha sonra onlar xüsusi dövlət mühafizə xidmətinin əməkdaşları ilə birlikdə imtahan suallarının və cavab vərəqələrinin saxlanıldığı otağa göndərilir.

Xüsusi qutularda olan cavab və sual vərəqələrini götürən imtahan rəhbərləri onlar üçün ayrılmış xüsusi taksilərlə təyin edildikləri məkanlara göndərilir.

Qeyd edim ki, imtahandan öncə binada otaqların nömrəsi də dəyişdirilir və həmin otaqlar xüsusi rəqəmlərlə işarələnir.

İmtahanin keçiriləcəyi bina 1 gün əvvəldən xüsusi dövlət mühafizə xidmətinin əməkdaşları nəzarətə götürülür, əlavə giriş-çixiş möhürlənir. Bir sözlə, bina imtahan üçün tam hazır vəziyyətə gətirilir.

Natiq Nailəoğlu
Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə