Xəzər dənizi avqustda tam bölünəcək (VİDEO)

Xəzər dənizi avqustda tam bölünəcək (VİDEO)
Bu il dövlət başçıları böyük sazişi imzalayacaqlar

Xəzərin statusu bu ilin avqust ayında Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə toplantısında birdəfəlik həll olunacaq.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti iclası bu gündən başlayaraq ayın 24-nə qədər Qazaxıstanın Astana şəhərində keçiriləcək.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Real TV-yə verdiyi açıqlamaya görə, bununla əlaqədar, xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Astana şəhərindədir.

İclas zamanı Konvensiya layihəsi ilə bərabər Xəzəryanı dövlətlərin Dövlət Başçılarının beşinci Zirvə Toplantısına aid digər sənədlərin də müzakirəsi nəzərdə tutulur.

Xatırladaq ki, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskvada keçirilən 7-ci müşavirəsinin yekunlarına dair mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etdi ki, Xəzərin statusu haqqında Konvensiya üzrə 20 illik işi tamamladıq.

Bir şeyi qeyd eləmək yerinə düşər ki, danışıqların başlandığı ilk gündən bəri bu qədər əminliklə razılıq ifadə olunmamışdı.

Məhz bu razılaşmanın məntiqi nəticəsi olaraq, avqust ayında Xəzərin 5 ölkəsi bütün mübahisələrə imzalanacaq sazişlə birdəfəlik son qoyacaq.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə