Mir Şahinin vaxtı (VİDEO, 20.05.2018)

Mir Şahinin vaxtı (VİDEO, 20.05.2018)

Gəlin laaap əvvəldən başlayaq. İstəsəniz lap Sovet İttifaqından, onun dağılmasından.

O zaman ermənilər Qarabağı Azərbaycanın  tərkibindən çıxarmaq və Ermənistana birləşdirmək üçün mübarizəyə qalxdılar. Azərbaycanda 100 minlərlə insan küçələrə, meydanlara çıxdı, etiraz etdi. Onda Qarabağın Azərbaycandan zorla çıxarılması prosesinə başlandı. Nə qədər dediksə, Qarabağ məsələsi Azərbaycanın daxili işidir, olmadı, qüvvələr bərabər deyildi, Azərbaycan nə Qarabağı özündə saxlaya, nə də Sovet İttifaqının dağımasının qarşısını ala bildi. Sonra Azərbaycana hər vəchlə izah etməyə çalışdılar, təlqin etdilər ki, Qarabağ artıq Azərbaycanın daxili işi deyil. Problemin qarnının ATƏT-i, boğazının it sümüyü filanı var. Amma Bakının əsas məqsədi yenə də Qarabağda Azərbaycan hakimiyyətini bərpa etmək oldu. Bəlkə Azərbaycan elə ona görə müstəqil olmaq istəyirdi ki, bu problemi həll etmək asan olsun. 
Bu gün bizim əsas problemimiz söz və mətbuat azadlığı deyil, insanların küçə yürüşlərində bayraq götürdü oynaması, “A-zad-lıq!, A-zad-lıq!” və ya “A-zal-dıq! A-zal-dıq!” deyə haray-fəryad qopalağı götürməsi deyil, kiminsə hesabında qara, kiminsə hesabında yaşıl pul axtarmaq deyil, dövlətin ərazi bütövlüyünün bərpası və  Dövlət müstəqilliyidir. Qalanlar təfərrüatdır.

“Mir Şahinin vaxtı”nın tam versiyasına videomaterialda izləyə bilərsiniz.
 

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə