Kərə yağı idxalından asılılıq xeyli azalacaq

Kərə yağı idxalından asılılıq xeyli azalacaq
Azərbaycan 20,69 milyon dollar məbləğində kərə və süddən hazırlanan yağlar idxal edib

2019-cu il üçün Azərbaycanda kərə yağı idxalından asılılığı, demək olar ki, tam aradan qaldırmaq planlaşdırılır.

Bunu Trend-ə "Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları" İctimai Birliyinin icraçı direktoru Samir Eyyubov deyib.S.Eyyubov bildirib: "Azərbaycanın kərə yağının idxalından çox ciddi asılılığı var. Dövlət bu məsələni həll etmək niyyətindədir. Bu məqsədlə 2019-cu ilin ortasına qədər ölkədə fəaliyyət göstərən müəssisələr əsasında iki yeni müəssisə yaradılacaq. Bunun üçün əlavə istehsal xətləri alınır. Hər bir müəssisənin emal gücü sutkada 200 ton süd təşkil edəcək. Bu da təxminən 10 ton kərə yağı deməkdir".İcraçı direktorun sözlərinə görə, layihələrin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu xətti üzrə aparılacaq: "Məbləğ hələlik açıqlanmır".Qeyd edək ki, 2018-ci ilin ilk rübündə Azərbaycan 20,69 milyon dollar məbləğində kərə və süddən hazırlanan digər növ yağlar idxal edib. Bu göstərici 2017-ci illə müqaisədə 53 faiz çoxdur.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə