Xose kokainin güdazına getdi (VİDEO)

Xose kokainin güdazına getdi (VİDEO)
Neymar: Kubok mənim olmalıdır

Rusiyada keçiriləcək dünya çempionatını bəzi ulduz futbolçular da azarkeş qismində kənardan izləməli olacaq.

Bir müddət əvvəl Pelenin davamçısı adlandırılan Neymrın da zədə səbəbindən mundiala yollanmayacağı barəsində xəbərlər yayılımışdı. Lakin futbolçu son açıqlamasında sambaçı azarkeşlərin ürəyinə sərin su səpib. Dünya çempionatına qədər zədəmin sağalmayacağından ehtiyat edirdim.

Amma indi özümü əla hiss edirəm və artıq məşqlərə başlamışam. Bu kubok mənim olmalıdır deyə Neymar bildirib. Xatırladaq ki, Neymar Marsellə oyunda zədələndikdən sonra mart ayında əməliyyat olunmuşdu. O vaxt həkimlər hücumçunun dünya çempionatını buraxmaq ehtimalının olduğunu demişdilər.

Əvəzində məşhur braziliyalı müdafiəçi David Luiz Rusiayaya aparılmayacaq. Zədə səbəbindən bu mövsüm cəmi 10 matçda meydana çıxmış müdafiəçi ideal formasından uzaqdır.

Bu mövsüm Valensiyanın heyətində 23 oyun keçirmiş argentinalı Ezekiel Qaray da məşqçilər heyətinin diqqətini cəlb edə bilməyib. Əvəzində Markos Roxo Messi ilə birgə ilk 11-də olacaq.

Belçika yığmasının şərəfini qoruyan Radja Nainqolan isə seçim etməlidir. Ya siqaret ya, dünya çempionatı. Belçika millisinini baş məşqçisi Roberto Martines futbolçunun siqaret aludəçisi olmasından narahatdır. Radja zərərli vərdişindən əl çəksə Rusiyaya dəvətnamə ala bilər.

Peru yığmasının hücumçusu Xose Gerrero isə bir az da qabağa gedərək kokainin dadına baxıb. Ümumdünya antidopinq agentliyinin açıqlamasına görə futbolçunun orqanizmində istifadəsi qadağan olunan maddə aşkarlanıb. Çempionata aparılmayan Xosenin bikef olacağı inandırıcı görünmür.

Şkodran Mustafi isə Almaniya millisindəki böyük rəqabətin qurbanı olub. Mövsüm ərzində Arsenalın heyətində 27 oyun keçirmiş Mustafi Rusiyaya ancaq tamaşaçı kimi gedə biləcək.

Onun komanda yoldaşları Sandro Vaqner və Mario Götze də dünya çempionatında meydana çıxmayacaqlar. 4 il əvvəl Almanlara dünya çempionatının qızıl medallarını qazandırmış Mario bu dəfə azarkeşliklə kifayətlənməli olacaq.

Bir tərəfdə dünya çempionatına gedə bilmədiyi üçün yasa batmış ulduzlar, digər tərəfdə isə özünü naza qoymuş portuqaliyalı Fabio Koentrao. Futbolçu yorucu mövsüm keçirdiyini və yorulduğu üçün mundiala getmək istəmədiyini açıqlayıb. Koentrao tələsməyə bilər. Onun növbəti dünya çempionatına qədər dincəlmək üçün 4 il vaxtı olacaq.

Mehman Rəsulov
Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə