Bu il 7 270 əcnəbiyə Azərbaycanda işləmək icazəsi veriləcək

Bu il 7 270 əcnəbiyə Azərbaycanda işləmək icazəsi veriləcək
Əmək miqrasiyası kvotası açıqlanıb

Bundan sonra işə götürən tərəf Dövlət Miqrasiya Xidməti ilə bağli hər hansi problemlə qarşilaşsa və yaxud iş icazələrinin verilməsi ilə əlaqədar sualı yaranarsa, dərhal qurumun yeni yaranmış "qaynar xətt" vasitəsi ilə birbaşa xidmətin rəhbərinə müraciət edə bilər.

Real TV xəbər veriri ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov yerli və xarici iş adamlari ilə görüşdə deyib. Xidmət rəisi bildirib ki, Respublikaya investisiya qoyan və yaxud sahibkarliq fəaliyyəti ilə məşğul olan əcnəbilərin ölkədə olma və yaşamaları, həmçinin iş icazələri ilə bağli məsələlər qanunvericilik baximindan kifayət qədər sadələşdirilib.

Dövlət Miqrasiya Xidməti bu sahə ilə bağlı mərkəzi icra hakimiyyəti orqanı kimi qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində işəgötürənlərin iş icazəsi ilə, əmək miqrasiyasi kvotasi ilə bağli müraciətlərinə tam şəffaf şəkildə baxilmasini təmin edəcək.
Xidmət rəisi görüşdə əmək miqrasiyası kvotasını da açıqlayıb. O bildirib ki, bu il 7 270 əcnəbiyə Azərbaycanda işləmək icazəsi veriləcək.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə