Suriya ordusu 2 şəhəri azad edib

Suriya ordusu 2 şəhəri azad edib
Rastan və Talbisini 2 500 üsyançı tərk edib

Suriyanın Rastan və Talbisi şəhərləri ölkənin hərbi qüvvələrinin nəzarətinə keçib. Real TV xəbər verir ki,  Homs vilayətində yerləşən hər iki şəhər ötən günə qədər 6 il ərzində üsyançıların nəzarətində olub.

Rusiyanın iştirakı ilə üsyançılarla hökumət rəsmiləri arasında əldə olunan razılaşmaya əsasən, üsyançılar ağır hərbi texnikanı və kiçikkalibrli silahları hökumətə təslim ediblər. Rastan və Talbisini 2500 üsyançı tərk edib.

Hökumət qüvvələri, eyni zamanda, Həma-Homs avtomagistralı üzərində də nəzarəti bərpa ediblər. Yol minadan təmizləndikdən sonra istismara veriləcək.

Hazırda üsyançıların nəzarətində qalan rayonlar Türkiyə və İordaniya ilə sərhəd bölgələr və Dəməşqin cənub hissəsindəki Yarmuk düşərgəsidir.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə