Ay Laçın (VİDEO)

Ay Laçın (VİDEO)
Laçının işğalından 26 il ötür

Adını 1927-ci ildə Tağı Şahbazi Simurq vermişdi Laçının, taleyini Allah müəyyənləşdirdi. Tağı Şahbazini ən çox “Qayçı” hekayəsindən tanıyıram.

Laçını sanki qayçı ilə Azərbaycanın canından kəsilib atılmasından. Xatırlayırsız o hekayəni? Tağı Şahbazinin əsərlərinin gözüydü. Eynən Laçın Azərbaycan rayonlarının gözü olan kimi. Ən sevdiyim hekayəydi Qayçı və belə başlayırdı.

Gülcahan yoğurduğu xəmirin "gəlməsini" gözləyir və hər beş-on dəqiqdən bir xəmir üzərindəki isti parçanı qaldırıb, “hələ bir az qalıb”, - deyə yenidən xəmiri bərk-bərk basdırırdı. 1992-ci ilin mayında da Laçında vəziyyət eynən beləydi. Gülcahanlar yoğurduqları xəmirin gəlməsini gözləyirdilər ki, başlarına müsibət gəldi. Bu xəmir o xəmirdən deyildi artıq. 

264 şəhid verdi Laçın, 65 nəfər girov götürüldü. Rayonun 65 mindən çox əhalisi Azərbaycanın 59 şəhər və rayonlarına, "Taxta-körpü" qışlaqlarındakı 84 obaya məcburi köçkün düşdülər. Laçını isə əlbəttə ki, ermənilər boş qoymadılar. İşğaldan bir müddət sonra ora erməni əhali köçürüldü. ATƏT-in Faktaraşdırıcı Missiyasının hesabatlarına inansaq, bu gün Laçında 8-11 min arası erməni əhali var.

Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır. Maharibənin viran qoyduğu rayonda yaşamaq olar, amma xoşbəxt olmaq olarmı, bölgəyə səfər edən rus jurnalistin süjetindən bu ovqat duyulmadı.

Biz isə düz 26 ildir ki, Laçının görüntülərinə ya peykdən baxırıq, ya da ermənilərin çəkib internetə yerləşdirdiyi video və şəkillərdən.

Şəkillərdən ən sonuncusu Laçınla Şuşanı birləşdirən yolun şəklidir. Sırdırımlı dağlarla əhatələnən bu yolun uzunluğu 44 km-dir.

1971-ci iin noyabrında Azərbaycan KP MK-nin "Laçın şəhərinin 50 illiyi barədə” qərarına əsasən Şuşa-Laçın yolu əsaslı surətdə yenidən tikilmişdi. Kadrlardan görünür ki, ermənilər Şuşa-Laçın yoluna bu rayonlara xərclədiyindən daha səxavətlə xərc çəkirlər.

Bəlkə də ən sonunda azərbaycanlılar acı çəksin deyə. Deyilənlərə görə, yolun üzərində ASALA terror təşkilatının liderlərindən biri olmuş Monte Melkonyanın portereti və “Güc birlikdədir” şüarı da asılıb. Monteni bizm oğullar gəbərdib.Bunun Yeddiqatını edəcək oğullar da var. Laçının canı haqqı var.

Ləman Ələşrəfqızı
Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə