Bakıda bir neçə yolda hərəkət məhdudlaşdırıldı (VİDEO)

Bakıda bir neçə yolda hərəkət məhdudlaşdırıldı (VİDEO)
Məhdudiyyət təmir işləri ilə bağlıdır

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Heydər Əliyev prospekti, Sabunçu yol qovşağından Hava limanı istiqamətində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimayətlə əlaqələr şöbəsinin rəhbər Anar Nəcəflinin Real TV-yə verdiyi məlumata görə, bununla bağlı olaraq yolda hərəkət qismən məhdudlaşdırılır. 

Anoloji işlər Bakı-Ələt avtomobil yolunun Bayıl dairəsi Azneft meydanı istiqamətində də aparıldığımnda yolda hərəkətə hissə-hissə məhdudiyyətlər tətbiq olunur. 

Məhdudiyyət günün sonuna qədər davam edəcək. Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Paytaxtın Yasamal rayonunda isə əsas yollardan biri olan Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilir. Təmir-tikinti işlərinin aparıldığı ərazinin uzunluğu 570 m, eni isə 10-27 m arasında dəyişir. Küçənin sözügedən hissəsi hərəkət intensivliyi ilə seçilən Ə.Haqverdiyev və Landau küçələri ilə kəsişir. Təmir-tikinti işləri çərçivəsində ərazidə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, əvəzinə 2 laydan ibarət və 10.000 min kv.m sahəni əhatə edən yeni asfalt-beton örtük döşənəcək.

Bundan başqa Şəfaət Mehdiyev küçəsində yağış-kanalizasiya sistemi bərpa olunaraq zəruri olan yerlərdə yeni yağış barmaqlıqları quraşdırılacaq, köhnələri isə yenisi ilə əvəzlənəcək. Təmir işlərinin sonuncu mərhələsində küçə boyu zəruri olan yerlərdə yol nişanları quraşdırıldıqdan, yolun üfiqi nişanlanma xətləri çəkildikdən sonra Şəfayət Mehdiyev küçəsinin bu hissəsi yeni görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Qeyd edək ki, bundan öncə Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospekti və Ə.Haqverdiyev küçələri arasında yerləşən 1.7 km-lik hissəsi təmir edilmişdi.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə