Səhiyyə Nazirliyindən tapılan meyitlərlə bağlı açıqlama (YENİLƏNİB)

Səhiyyə Nazirliyindən tapılan meyitlərlə bağlı açıqlama (YENİLƏNİB)

Quba rayonunda dağlıq ərazidə tapılan alpinistlərin meyiti Quba Patoloji Anatomiya Birliyinə aparılır.

Bu barədə Real TV-yə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, alpinistlərin nəşi burada ekspertizadan keçirildikdən sonra ailələrinə təhvil veriləcək.

Qeyd edək ki, ötən il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə “Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər.

Dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb. 

 


***19:09

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş “Gilavar" - hava və ekstrim idman klubunun üzvlərinin hər üçünün meyiti tapılıb.

Bu barədə Real TV-yə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun meyitləri axtarışlar nəticəsində aşkarlanıb.

“Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində bu gün axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilmiş, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkar edilib”, - deyə məlumatda qeyd olunur.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Real TV-yə bildirib ki, hazırda alpinistlərin meyiti Bakıya göndərilir və ailələrinə təhvil veriləcək.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə