Amerika kəşfiyyatının Azərbaycandakı izi (VİDEO)

Amerika kəşfiyyatının Azərbaycandakı izi (VİDEO)
ABŞ mərkəzi kəşfiyyat idarəsinin hədəfi hansı ölkələrdir?

2018-ci il martın 26-dan Amerika mərkəzi kəşfiyyat idarəsinin direktorunu əvəz edən Gina Haspelin bu vəzifəyə təyinatı Amerika prezidenti Donald Tramp tərəfindən irəli sürülüb.

Haspelin namizədliyi Konqres tərəfindən təsdiq olunsa o, Amerika tarixində bu vəzifəyə təyin olunan ilk qadın olacaq. Bu məsələ dünyanın qarışdığı, Trampın sağa-sola çapdığı son günlərdə daha da aktuallaşıb.

Konqresdəki demokratların bu təyinatın əleyhinə olmasına baxmayaraq çoxluq təşkil edən hakim respublikaçıların hesabına Gina yəqin ki, kəşfiyyat rəhbəri olacaq.

Trampın bu təyinatı Türkiyə və Rusiya üçün heç də yaxşı yenilik olmayacaq. Madam Ginanın uzun illər Rusiya və Türkiyədə fəaliyyət göstərməsi təyinatın hədəfini tam aydın bəlli edir.

Yeri gəlmişkən, onun xidmət yolu Azərbaycandan da yan keçməyib. Yaxın günlərdə ABŞ-ın yaydığı gələcək kəşfiyyat direktorunun tərcümeyi-halında ölkəmizdə də işlədiyi haqda məlumat var.

Rus dilini mükəmməl bilən Gina Haspelin gələcək fəaliyyət istiqamətini bəlli edən məqamlar onun vaxtı ilə Rusiyaya qarşı keçirilən gizli əməliyyatlara rəhbərlik etməsi, Mərkəzi Asiyada Fətullah Gülənin terrorçu təşkilatının üzvləri ilə əməkdaşlıq etməsi faktlarıdır.

Skripal məsələsi ilə bağlı Rusiya diplomatlarının ABŞ-dan çıxarılması kampaniyasının da müəllifi odur.

“Dəmir Gina” ləqəbli kəşfiyyatçı xanım mərkəzi kəşfiyyat idarəsinin Tailanddakı məxfi saxlanılan həbsxanasında neçə qeyri-adi işgəncələrin də müəllifidir.

Amma onun Trampsayağı kəşfiyyat fəaliyyəti bunlarla da bitmir və ən səmərəli fəaliyyəti də güman ki, hələ irəlidə olacaq. Belə zəngin casusluq fəaliyyəti və yaradıcılığı olan xanımın kəşfiyyat komandanı təyin edilməsi Amerikanın Rusiya və Türkiyəyə qarşı yeni cəbhədə casus savaşına başlayacağından xəbər verir. Məncə sonda Trampın ortaya atdığı daha bir gec alışan mərminin “xarakteristikası”, qısa tərcümeyi-halı ilə tanışlıq da yerinə düşər…

1956-cı il doğumlu Gina Haspel 25 yaşında mərkəzi kəşfiyyat idarəsində işləməyə başlayıb. İşgəncələri ilə məşhurlaşan mərkəzi kəşfiyyat idarəsinin Tailand dustaqxanasının rəisi olub.

2006-cı ildə FBİ-ın terror əleyhinə mübarizə idarəsinin qərərgah rəisi olarkən idarə rəisi olmuş Xose Rodriqesin sözlərinə görə məxfi Tailand dustaqxanasında lentə alınan onlarla videokasetin məhv edilməsi əmrini verib.

2013-cü ildə FBİ-ın xarici kəşfiyyat və gizli əməliyyatlar üzrə məxfi xidmətinin rəisi olub. Kəşfiyyat üzrə senat komitəsi üzvlərinin əleyhinə çıxmasına məhəl qoymayan Donald Tramp 2 fevral 2017-ci ildə “Dəmir Gina”nı mərkəzi kəşfiyyat idarəsi direktorunun müavini təyin edib. Bu günlərsə artıq o, direktor vəzifəsinə yeganə və real namizəddir.

Rahib Qərib
Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə