ATƏT-dən Qarabağ bəyanatı

ATƏT-dən Qarabağ bəyanatı
Elmar Məmmədyarov ATƏT nümayəndələri ilə danışıqlar aparıb

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan rəhbərliyi ilə iyunda görüşməyi planlaşdırırlar.  

Bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşün yekunlarına dair yaydıqları bəyanatda bildirilir. 

"Mayın 15-də Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin keçirdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində irəliləyişə nail olunması yolları müzakirə edilib. Anjey Kaspişik görüş iştirakçılarına təmas xəttindəki vəziyyət barədə məlumat verib. Elmar Məmmədyarov intensiv danışıqlara hazır olduğunu bildirib", - bəyanatda qeyd olunub.

 


***14:48

Xarici işlər naziri E.Məmmədyarovun Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü başlayıb.

Real TV xəbər verir ki, görüşə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qatılıb.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Ermənistandakı vəziyyət müzakirə olunur.

Azərbaycanın münaqişənin tezliklə həlli üçün mahiyyətli və predmetli danışıqlara hazır olduğu bildirilib.

Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə