İmtahandan sonra özünü öldürən gəncin son məktubu (FOTO)

İmtahandan sonra özünü öldürən gəncin son məktubu (FOTO)
Pənah Quliyev: "Ana, haqqımı sənə halal etmərəm"

Sumqayıt şəhərinin 9-cu mikrorayonunda intihar hadisəsi baş verib.

Real TV-nin məlumatına görə, 17 yaşlı Pənah Quliyev yaşadığı binanın 4-cü mərtəbəsinin eyvanından özünü yerə atıb.

Mərhumun ailəsindən Real TV-yə verilən məlumata görə, Pənah Quliyev evin tək övladı olub.

O, qəbul imtahanından 300-ə yaxın bal toplasa da istədiyi ixtisasa qəbul olmaq üçün yetərli olmayıb.

Pənah Quliyev bundan sarsıntı keçirib. Lakin o, bundan əvvəl də psixoloji sarsıntı keçirib. Belə ki, Pənahın atası aprelin 17-də dünyasını dəyişib. Bu hadisə evin tək oğluna pis təsir göstərib.

O, universitetə istədiyi fakultəyə qəbul olmaq üçün yetərli balı toplamayanda isə daha bir zərbə alıb.

Pənah bu gecə yaşadığı binanın 4-cü mərtəbəsindən özünü yerə ataraq intihar edib.

O intihar etməzdən əvvəl məktub da yazıb: “Evlərin hamısını anama verirəm, əgər qalsa. Özünə yeni həyat qur, mənə görə də özünə heç nə etmə. Eləsən haqqımı halal eləmirəm”.

Pənahın anası Esmira Quliyeva müəllimədir. Ana oğlunun təhsil aldığı məktəbdə işləyir. 

Faktla bağlı araşdırma aparılır.

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə