Bakı küləyinə qalib gələnlər (VİDEO)

Bakı küləyinə qalib gələnlər (VİDEO)

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2018” keçirildi. “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu ardıcıl üçüncü ildir Kİ, təşkil olunur.

Yarış Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə etdi.

Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunur.

Yarışda 16 yaşdan yuxarı şəxslər əvvəlcədən qeydiyyatdan keçərək iştirak edirlər. Bu il ilk dəfə olaraq fiziki imkanları məhdud olan şəxslər də marafona qoşuldu. Onları isə yarışa yarım saat əvvəl başladı.

Bakı marafonunda regionlardan da gələrək yarışa qoşulanlar vardı. Bundan başqa, İtaliya, Fransa, Rusiya, Türkiyə, İran, digər ölkələrin təmsilçiləri də yürüşə qoşulmuşdu. Tədbirə müğənnilər də qatıldı. Hətta bəziləri birincilik üçün iddialı idi.

Reportaja daha ətraflı videomaterialda baxa bilərsiniz.

Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə