İsrail “Toy” mahnısı ilə finalda (VİDEO)

İsrail “Toy” mahnısı ilə finalda (VİDEO)
Ruslar “Mən sınmayacam” deyir

Bu dəfəki şüarı "hər kəs göyərtəyə" olan “Evrovision” yarışmasında bortdan kənarda qaldıq. Özü də təkcə Azərbaycan deyil, Moldova istisna olmaqla Müstəqil Dövlətlər Birliyinin digər üzvləri də borta qalxa bilmədi.

Moldovanın təqdim etdiyi mahnı “Mənim xoşbəxt günüm” adlanır. Finalda MDB-dən həmdəmi olmayan Moldovanın özünü nə qədər xoşbəxt hiss etdiyi də sual doğurur.

İstənilən halda moldovanlar finaldakı səsvermə zamanı qəribsəyəcəklər. Alekseyevi qabağa vermiş Belarus da finala çıxa bilmədi. Rusiyanın təmsilçisi, fiziki məhdudiyyəti olan Yuliya Samoylova da mahnısı ilə mesaj verdi.

“Mən sınmayacam” dedi və uduzdu. Siyasi anlamda ciddiyəti müzakirə mövzusu olan mahnı müsabiqəsinin gedişatında hər zaman mətnaltı məqamlar olub. Təsadüfi deyil ki, yaxın keçmişdə alovlanmış Rusiya Ukrayna münasibətləri “Evrovision” səhnəsinə də daşındı.

Nəticədə Şevçenkonun həmvətənləri 2016-cı ildə yarışın qalibi oldu və növbəti illə müsabiqə iştirakçıları Ukraynaya toplandı. Ukraynadakı müsabiqənin şüarı “Yaşasın müxtəliflik” idi. Məntiqlə müxtəlifliyin fonunda bəzi ölkələr bu il göyərtədən kənarda qalmamalı idi.

Başçısını və başını itirmiş Ermənistan Paşinyan, Paşinyan deyib ekstaz vəziyyətinə düşən məqamda ermənilər müsabiqənin finalına oxumadan da keçə bilərdilər. Onu da nəzərə alaq ki, ermənilərin nəinki Avropada, hətta dünyada oxuduqları bir çox mahnılar qısa zamanda sinqla çevrilir.

Janr nə olursa olsun ermənilər özlərinin olmayanı təqdim etmə bacarığına görə birinci yerdədirlər.

Paşinyan və digər yanların Portuqaliyada finala yan ala bilməməsi səbəbi qərbin MDB-yə soyuq münasibəti ola bilərmi?

Bir tərəfdən dünya müstəvisində Amerika, İsrail, İran üçbucağı formalaşır ki, bunun da məhəbbət üçbucağı olmadığı dəqiqdi. Müşahidələrdən o qənaətə gəlinir ki, Ermənistanın qafqazda yaratdığı gündəm bu Bermud üçbucağının kölgəsində qalacaq və İsrail müsaqbiqədə qalib gələcək.

Özü də “Toy” mahnısı ilə. Tərcümədə “Toy” oyuncaq deməkdir. Əsl toy İsrail qalib olarsa çalınacaq. Bu toya MDB ölkələrinin dəvət olunmaması isə mesaja bənzəyir. Nə deyirik, toyunuz mübarək olsun.

Mehman Rəsulov
Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə