İlham Əliyevlə 20 il əvvəlki görüşünün təfərrüatını açıqladı - EKSKLÜZİV (VİDEO)

İlham Əliyevlə 20 il əvvəlki görüşünün təfərrüatını açıqladı - EKSKLÜZİV (VİDEO)
“DP World” prezidenti: O, həmişə deyir ki, mənim bir ideyam var

“Mən Azərbaycanı, bir çox ölkələri ziyarət etmişəm. Sovet İttifaqı dağıldıqdan sonra Özbəkistan, Qazaxıstan və digər keçmiş Sovet ölkələrində olmuşam. Sizə deyim ki, onların arasında təkcə iki ölkə hər kəsi heyran edib. Azərbaycan və Qazaxıstan. Bunun səbəbi isə odur ki, hər ikisinin ziyalı prezidenti var. Hər ikisi uzaqgörən, etibarlı insanlardır”.

Bu barədə Birləşmiş Ərəb Əmirlikləri Dubay Əmirliyinin dəniz limanları, Gömrük və Cəbəl Əli Azad Zona Komitəsinin sədri, "DP World" Şirkətlər Qrupunun prezidenti Sultan Əhməd bin Sulayem Real TV-yə eksklüziv müsahibəsində danışıb.

“Prezidentlə 20 il əvvəl görüşdüyüm yadımdadır. Həmin dövrdə neft yox idi. Onun ölkədə görülə biləcək işlərlə bağlı fikirləri var idi. Mən inanmırdım, Azərbaycanın bu cür sürətlə dəyişəcəyi barədə təsəvvürüm belə yox idi. İnkişaf başladıqdan sonra çox sürətlə getdi. Və nəticə əldə olundu. Fərq ondadır ki, ... bir çox ölkədə böyük ideyaları olan prezidentlər, hökumətlər görmüşük. Onlar bizə təsvirlər göstəriblər. Lakin onların ideyaları elə təsvir olaraq qalıb. Prezident isə mənə heç vaxt təsvir göstərməyib. O, həmişə deyir ki, mənim bir ideyam var və mən bu ideyanı gerçəkləşdirəcəm. Hava limanından Bakıya yol açacam və bu ən gözəl yollardan biri olacaq. Gözəl binalar tikəcəm. Sənayenin inkişafını təşviq edəcəm. Onun ağlında olanları siz gerçək həyatda görə bilərsiniz. Belə ki, düşünürəm ki, Bakının gələcəkdə azad zonaya ehtiyacı olacaq. Təkcə Bakıda deyil, digər sərhədlərlə də ticarət halqası təşkil edə bilmək, iş yerləri aça bilmək üçün Azərbaycan sərhədlərində azad zona yaradılmalıdır. Beynəlxalq maliyyə mərkəzinin yaradılması da çox vacibdir. Çünki azad zonanız, biznesiniz olduqda bank əməliyyatlarının icra edilməsi üçün maliyyə mərkəzinə də ehtiyac yaranır. Bu, ona görə lazımdır ki, bank strukturu haqqında yerli qanunları beynəlmiləlləşdirmək mümkün deyil. Ona görə Azərbaycan valyutası ilə deyil, beynəlxalq valyutalarla ticarəti, kapitalı təmin edən biznes qanunlarınız olmalıdır. Kapital mənbəyinin, maliyyə mərkəzinin yaradılmasının təşviq olunması çox vacibdir. Maliyyə ilə azad zona arasında bu bağ olmalıdır. Mən turizmi də qeyd edərdim. Amma turizm artıq qurulub, inkişaf etdirilib. Ona görə düşünrəm ki, bu iki amil gələcək inkişafın təmin olunması əsas dayaq sütunlarıdır”, - deyə Sultan Əhməd bin Sulayem bildirib.

Müsahibəyə daha ətraflı videomaterialda baxa bilərsiniz

Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə